Ukraynada işıq kəsintiləri tətbiq edilməyə başlayıb
Ukraynada işıq kəsintiləri tətbiq edilməyə başlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Ukraynada enerji obyektlərinə zərbə təhlükəsi səbəbindən təcili işıq kəsintiləri tətbiq edilməyə başlanıb. Bu barədə Obşestvennoye məlumat yayıb.
İşıq kəsintilərini Ukraynanın Milli Enerji Şirkəti Ukrenergo və özəl enerji şirkəti DTEK həyata keçirir. Kəsintilər Nikolayev, Kiyev, Dnepropetrovsk, Çerkassk, Sumsk, Jitomir, Kirovograd ərazilərində, eləcə də Kiyev və Xarkov bölgələrində baş verir.
Əvvəllər Ukraynada qışda işıq kəsilməsinin mümkünlüyü barədə xəbər verilmişdi. Məlumatlara görə, ən çox ehtimal olunan işıq kəsintiləri gündə 8-14 saat arasında olacaq.
Oxşar xəbərlər
Bərzaninin evinə PUA hücumu olub
Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş ver...