Ukrayna yenidən "Drujba" neft kəmərinə zərbə endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Slovakiya və Macarıstana neft nəql etdiyi "Drujba" neft kəmərinə yenidən zərbə endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook" səhifəsində bildirib.
Onun sözlərinə görə, hücum gecə saatlarında Rusiya–Belarus sərhədindəki sahədə baş verib və bundan sonra Rusiyadan Macarıstana neft tranziti dayandırılıb.
Siyarto həmçinin bunun qısa müddət ərzində neft kəmərinə edilən üçüncü hücum olduğunu xatırladıb.
Bundan əvvəl Ukrayna 18 avqustda "Drujba" neft kəmərinə hücum etmişdi və bu da neft tədarükünün dayandırılmasına səbəb olmuşdu.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...