Ukrayna və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ukrayna xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla Suriya və Yaxın Şərqdəki vəziyyəti telefonla müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X"də yazıb.
"Həmkarım və dostum Hakan Fidanla bugünkü görüşümüzdə ikitərəfli gündəliyi, cəbhədəki vəziyyəti, Qara dənizdəki təhlükəsizlik məsələlərini, Suriya və Yaxın Şərqdəki durumu müzakirə etdik. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün koordinasiyalı səylər barədə razılığa gəldik", - məlumatda qeyd olunub.
Bugünkü meslektaşım ve dostum @HakanFidan ile yaptığımız görüşmede, ikili gündemimizi, cephedeki durumu, Karadeniz’deki güvenlik konularını, Suriye ve Orta Doğu’daki durumu ele aldık. Stratejik ortaklığımızı daha da güçlendirmek için koordineli çabalar üzerinde mutabık kaldık
— Andrii Sybiha 🇺🇦 (@andrii_sybiha) January 4, 2025
Oxşar xəbərlər
Beyrutda hava zərbələri: ölən və yaralananlar var
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbələri nəticəsində azı 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. BAKU.WS xəbər verir ki, Məlumatı "Al-Jazeera"...