Ukrayna ordusu Donetskdə üç kəndi azad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində uğurlu əks-hücum əməliyyatları keçirərək üç kəndi azad edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski "Telegram" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna qoşunları Mixaylovka, Zeltonıy Qay və Vladimirovka yaşayış məntəqələrini düşmən qüvvələrindən təmizləyib:
"Cəbhədə vəziyyət olduqca gərgindir. Rusiya ordusu əsas diqqətini bu istiqamətə yönəldib. Buna baxmayaraq, biz müdafiə xəttimizi qoruyub saxlamalı və mövqelərimizi gücləndirməliyik", – deyə Sırski qeyd edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...