Ukrayna Moskvaya kütləvi PUA hücumu etdi: Neft emalı zavodunda yanğın baş verdi
Ukrayna Rusiya paytaxtı Moskva istiqamətində genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxt istiqamətində uçan 60 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Yerli "Telegram" kanallarının yaydığı məlumata əsasən, hücumdan sonra Moskvanın Kapotnya neft emalı zavodunda yanğın baş verib.
Hadisə ilə əlaqədar Rusiyanın Mülki Aviasiya Agentliyi (Rosaviasiya) Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin eniş və qalxışını müvəqqəti dayandırıb.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, ötən gecə ölkənin müxtəlif regionları, eləcə də Azov və Qara dəniz üzərində ümumilikdə 172 pilotsuz uçuş aparatı vurulub.
Qalereya
Oxşar xəbərlər
Ukraynanın Aİ-yə üzvlük danışıqları rəsmən başladı
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmi şəkildə start götürüb. BAKU.WS xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta "...