Türkiyəyə "qırmızı bülleten"lə axtarılan 9 şəxs ekstradisiya edilib
Türkiyə hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi doqquz nəfər ölkəyə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə platforması "X" üzərindən açıqlama yayıb.
Nazir qeyd edib ki, axtarışda olan şəxslərdən üçü Almaniyada, ikisi Gürcüstanda, ikisi Rusiyada, biri Belçikada, digəri isə Bolqarıstanda saxlanılaraq Türkiyəyə ekstradisiya olunub.
Ali Yerlikaya vurğulayıb ki, Türkiyə hüquq-mühafizə orqanları beynəlxalq əməkdaşlıq çərçivəsində cinayətkarların gizləndikləri ölkədən asılı olmayaraq onların izinə düşür və ədalət qarşısına çıxarılmasını təmin edir.
🟥 Kırmızı Bültenle Aradığımız 9 Suçluyu,
— Ali Yerlikaya (@AliYerlikaya) October 26, 2025
❌ Ulusal Seviyede Aradığımız 1 Suçluyu,
🟥 ALMANYA(3), GÜRCİSTAN(3), RUSYA(2), BELÇİKA ve BULGARİSTAN'dan Ülkemize Getirdik.
🟥 Kırmızı bültenle uluslararası seviyede aranan S.T., S.K., Ş.S., Ö.Y., H.A.E., E.G., A.G., Ü.K., M.U. ile… pic.twitter.com/DJo8tkO1Sv
Oxşar xəbərlər
İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib
ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı hərbi əməliyyatlar zamanı ölkə üzrə 7 250 nəfər dağıntılar altından sağ çıxarılıb. BAKU.WS xəbər verir ki,...