Türkiyənin "Çernobıl"ında 2 ildə 30 nəfər xərçəngdən vəfat etdi

Türkiyənin İzmir şəhərinin Gaziemir bölgəsində xərçəngdən vəfat edənlərin sayı artıb.
BAKU.WS xəbər verir ki, buna səbəb həmin ərazidə 17 ildir yerin altına basdırılmış nüvə qalıqlarıdır.
Aparılan araşdırmalar zamanı şəhər ətrafında 1 kq civarında radyoaktif toz tapılıb. Bu toz təcrübəsiz şirkətlər tərəfindən ərazidə aparılan qazma işləri zamanı yayılıb.

Bu isə bütün ölkə üçün böyük riskdir. Sözügedən ərazini Türkiyənin "Çernobıl"ı adlandırırlar.
Yerli əhali yaranmış vəziyyətdən çox narazıdır:

"Biz çox böyük qorxu yaşayırıq, narahatıq. Evimizin pəncərəsini qoxudan açmaq olmur. İnsanları zəhərlənir. Xəstəliklər çox yayılıb. 2 il ərzində 30 nəfər xərçəngdən ölüb".

Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
