Türkiyədəki 6,1 ballıq zəlzələdən sonra 237 afterşok qeydə alındı

Türkiyədəki  6,1 ballıq zəlzələdən sonra 237 afterşok qeydə alındı
Dünya 59

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 237 afterşok qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarəetmə Agentliyi (AFAD) açıqlama verib. Bildirilib ki, afterşokların bir neçəsinin gücü 4 baldan yüksək olub.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində 16 bina tamamilə dağılıb, 68 məhəllə isə zərər çəkib. Dağıntılar altından çıxarılan 81 yaşlı Nihat Önbaş həyatını itirib. Ümumilikdə 52 nəfər yaralanıb, onlardan 11-nin xəstəxanada müalicəsi davam edir. Yaralıların bir hissəsi birbaşa zəlzələ zamanı, digərləri isə qaçarkən və ya pəncərədən tullanarkən xəsarət alıb.

Qeyd edək ki, avqustun 10-da axşam saatlarında baş verən zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. Təkanlar İstanbul da daxil olmaqla Mərmərə və Egey bölgələrinin bir çox şəhərində hiss olunub. Hazırda bölgədə xilasetmə və yardım işləri davam edir, dağıntılar dron vasitəsilə havadan görüntülənir.

Son xəbərlər