Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub
26
apr
2026
11:13
Aprelin 26-da Türkiyənin müxtəlif bölgələrində qısa fasilə ilə iki zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, məlumat AFAD tərəfindən açıqlanıb.
İlk yeraltı təkan yerli vaxtla saat 08:01-də Yedisu ərazisində qeydə alınıb. Zəlzələnin gücü 4,4 bal, ocağının dərinliyi isə təxminən 7 kilometr olub.
Bundan təxminən 40 dəqiqə sonra, saat 08:41-də Sındırgı bölgəsində ikinci zəlzələ baş verib. Bu dəfə yeraltı təkanların gücü 3,1 bal olub və dərinliyi 14,93 kilometr olaraq ölçülüb.
Hər hansı ciddi dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Tramp Rusiyada həbsdə olan keçmiş dəniz piyadasının azad edildiyini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Rusiyada 2022-ci ildən həbsdə saxlanılan keçmiş dəniz piyadası Robert Gilmanın azad edilərək ABŞ-a yola salındığını açıqlayıb. BAKU....