Türkiyədə dəhşətli zəncirvari qəza - 50 maşın toqquşdu, 40 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Van-Erciş avtomobil yolunda baş verən və təxminən 50 avtomobilin iştirak etdiyi iki ayrı zəncirvari qəza baş verib.
BAKU.WS cnntürk-ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 2 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb.
Qəzaya səbəb duman və yolların buz bağlaması olub. Bu səbəbdən 50-ə yaxın yük maşınları, mikroavtobuslar, pikaplar və minik avtomobillər toqquşub.
Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürən briqadaları göndərilib. Yaralılar Vanın müxtəlif xəstəxanalarına çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...