Türkiyə XİN: İranla bağlı fəlakətli ssenarinin gerçəkləşməsini istəmirik
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan ciddi narahatlığını bildirib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bəyanatda qeyd olunur ki, bölgədə İsrailin başlatdığı gərginliyin daha da dərinləşməsi təhlükəsi var və ABŞ-ın son hücumu bu riski maksimum səviyyəyə çatdırıb.
"Regional qarşıdurmanın qlobal münaqişəyə çevrilməsini istəmirik. Tərəfləri gərginliyi azaltmağa, hücumları dayandırmağa və danışıqlara qayıtmağa çağırırıq", – deyə bəyanatda bildirilib.
Türkiyə beynəlxalq ictimaiyyəti diplomatik həll yollarını dəstəkləməyə çağıraraq, bu prosesə öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.
ABD’nin İran’ın Nükleer Tesislerine Gerçekleştirdiği Saldırı Hk. https://t.co/z2zkoAza9u pic.twitter.com/8XfGe6GzvF
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) June 22, 2025
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) silahlı qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanını və "...