Türkiyə XİN: Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir, vasitəçilik etməyə hazırdır
Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir və böhranın həllində vasitəçilik etməyə hazırdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Biz Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə və Venesuela xalqının rifahına önəm verir", - bəyanatda vurğulanıb.
Nazirlik ölkədə mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxarmasının qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırıb:
"Biz Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün istənilən konstruktiv yardımı göstərməyə hazırıq. Karakasdakı səfirliyimiz Venesueladakı türk vətəndaşları ilə davamlı əlaqə və lazımi koordinasiyanı davam etdirir", - XİN əlavə edib.
Oxşar xəbərlər
Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər
Polşada yaradılması planlaşdırılan daimi ABŞ hərbi bazasının "Fort Tramp" adlandırılması təklif olunur. BAKU.WS xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navr...