Türkiyə AB-yə üzvlük məqsədindən əl çəkməyi planlaşdırır
Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük məqsədlərindən əl çəkməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında türkiyəli analitik Engin Özer deyib.
"Administrasiya... Avropa İttifaqı ilə münasibətlərdə tamhüquqlu üzvlük məqsədindən imtina etməyi və "imtiyazlı tərəfdaşlıq" modelinə keçməyi planlaşdırır", o vurğulayıb.
Özerin sözlərinə görə, Ankara Türkiyənin BRICS və Aİ Gömrük İttifaqına üzvlüyünü birləşdirə biləcək "bir növ körpü ölkəsi" yaratmağa çalışır.
Bundan əvvəl Türkiyə Ana Vətən Partiyasının sədr müavini Hakan Topkurulu demişdi ki, Türkiyə parlamentinin ölkənin BRICS-ə daxil olmasına razılıq verməsi asan proses olmayacaq, çünki hökumətdə çoxlu qərbyönlü siyasətçilər var.
O, parlamentdə "bu qədər qərbli" olduğu halda belə, BRICS-ə qoşulmaq üçün müraciət etməyi Ankaranın çox mühüm faktı və "böyük siyasi cəsarət" adlandırıb.
Oxşar xəbərlər
İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib
Hörmüz boğazında yerləşən Qeşm adasının sahilləri yaxınlığında partlayış səsləri eşidilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın rəsmi IRN...