Trampın Ukrayna münaqişəsi üzrə sülh planı qısaldılıb

Trampın Ukrayna münaqişəsi üzrə sülh planı qısaldılıb
Dünya 20

Cenevrədə Ukrayna və ABŞ məmurları arasında keçirilmiş danışıqlar nəticəsində sülh planı dəyişdirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksandr Bevza öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Cenevrədə ABŞ nümayəndə heyəti ilə danışıqlar çox konstruktiv olub və Ukrayna ABŞ-nin təklif etdiyi sülh planının hər bəndini müzakirə edə bilib:

"Hamının gördüyü 28 bəndlik plan artıq mövcud deyil. Bəndlərin bəziləri çıxarılıb, bir qismi isə qüvvədən düşüb. Daha problemli məsələlər üzrə yekun qərarları Ukrayna və ABŞ prezidentləri verəcəklər".

Eyni zamanda "Financial Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı Cenevrədəki danışıqlardan sonra 28 bənddən 19 bəndə qədər qısaldılıb.

Mənbələr isə konkret olaraq hansı bəndlərin planlardan çıxarıldığını qeyd etməyiblər.

Son xəbərlər