The Economist: Trampın dövründə Ukrayna ABŞ üçün prioritet olmaqdan çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Trampın rəhbərliyi dövründə Ukrayna Vaşinqtonun prioritetləri siyahısından çıxarılıb və məhdud resurslar uğrunda mübarizə aparan çoxsaylı potensial sifarişçilərdən birinə çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə The Economist jurnalı yazıb.
Nəşrdə qeyd olunur ki, hətta Ukraynaya ən dostyana münasibət göstərən ABŞ administrasiyası belə Rusiyaya qarşı durmaqda çətinlik çəkəcək. Tramp administrasiyası isə belə bir mövqe tutmur. Economist ehtimal edir ki, Ukrayna yaxın gələcəkdə "yaşamaq strategiyası" hazırlamaq məcburiyyətində qala bilər.
Qeyd edək ki, 22 mayda ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton tərəfindən Ukraynaya göstərilən hərbi yardımın istifadəsi tam şəkildə təhlil ediləcək. Onun sözlərinə görə, ABŞ administrasiyası potensial israf hallarını araşdırmaq niyyətindədir.
Rubio həmçinin bildirib ki, ABŞ və Ukrayna arasında nadir torpaq elementləri ilə bağlı imzalanmış əməkdaşlıq sazişi hərbi təminatlar nəzərdə tutmur. The New York Times yazır ki, sözügedən razılaşma Ukraynaya təhlükəsizlik sahəsində gələcək yardım baxımından konkret zəmanətlər ehtiva etmir və Rusiya ilə döyüşlər davam etdiyi müddətdə bu sazişin əhəmiyyəti azalır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...