Trampdan Kubaya sərt mesaj: "İrandan sonra növbə onlarındır"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı proses başa çatdıqdan sonra Kubaya diqqət ayıracaqlarını bildirib. O, Kuba hakimiyyətinin zəiflədiyini iddia edərək, Vaşinqtonun Kuba xalqına dəstək vermək istədiyini deyib.
BAKU.WS xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında, "İran İslam Respublikası ilə işimizi bitirdikdən sonra Kubaya da baxacağıq. Hər dəfə bir məsələ ilə məşğul olmağı üstün tuturam", - deyə vurğulayıb.
Bununla yanaşı, ABŞ administrasiyası Miguel Díaz-Canel və onun ailə üzvləri də daxil olmaqla beş nəfərə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, həmin şəxslərin ölkədəki aktivləri dondurulub.
Sanksiyalar yalnız fiziki şəxsləri deyil, Kubanın Müdafiə Nazirliyi və bir sıra dövlət qurumlarını da əhatə edir.
Oxşar xəbərlər
ABŞ Konqresində Rusiya ilə bağlı səsvermə öncəsi maraqlı detal ortaya çıxıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun Rusiya əleyhinə sanksiyalar və Ukraynaya əlavə yardım paketinin səsverməsindən əvvəl respublikaçı...