Tramp və Zelenski arasında telefon danışığı baş tutub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukraina" Ukrayna prezidentinin məsləhətçisi Dmitri Litvinə istinadən məlumat yayıb.
Litvinin sözlərinə görə, Ukrayna və Amerika liderləri arasında danışıqlar təxminən saat 19:40-da başa çatıb. Onun sözlərinə görə, siyasətçilər təxminən bir saat danışıblar.
Qeyd edək ki, daha əvvəl Tramp Putinlə "məhsuldar" telefon danışığı barədə məlumat verərək "dərhal danışıqlara başlamaq" niyyətində olduğunu vurğulamışdı. Kreml rəhbəri ilə söhbətini şərh edən Tramp Zelenskiyə "indi" zəng edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...