Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
Türkiyə ilə çox yaxşı münasibətlərə malikik.
BAKU.WS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən mətbuat konfransında "Haber Global"ın əməkdaşının suallarını cavablandırarkən deyib.
Tramp jurnalistin "Ərdoğanla görüşünüzdən sonra Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı ortaq bir anlaşma əldə etdinizmi? Türkiyə-ABŞ münasibətləri yeni bir dövrə qədəm qoyurmu?", - suallarına cavabında ABŞ-Türkiyə münasibətlərinin özünün birinci prezidentliyi dövründə də yaxşı olduğunu xatırladıb: "Bəli, mənim ilk prezidentliyim dövründə də hörmətli Ərdoğanla çox gözəl münasibətlərimiz vardı. Keşiş 35 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, çox yaxşı insandır. Ərdoğana zəng etdim və onu azad etdilər. Obama, Bayden kimi nəsə ödəmədim. Onlar İrana milyardlarla dollar ödəmişdilər. Mən kimsə üçün kiməsə pul ödəmədim. Sadəcə, azad edin dedim, azad etdilər. Bunu daha əvvəl də söyləmişdim – Ərdoğan çox yaxşı insandır.
Bayden Prezident olanda bir sıra xoşagəlməz hadisələr baş verdi. Bir sıra ölkələrlə münasibətlərimiz pis idi. Türkiyə də həmin ölkələrdən idi. Amma münasibətlər dəyişdi. Noyabrın 5-də seçkilərdən sonra vəziyyət dəyişdi. Artıq Türkiyə ilə ən yaxşı münasibətlərə malikik. F-35-lər ən yaxşı qırıcılardır. Onları hər kəs istəyir. Qərar verməliyik".
Dövlət başçısı bir daha qeyd edib ki, ABŞ Türkiyə ilə çox yaxşı münasibətlərə malikdir: "Türkiyə çox böyük ölkədir. Hərb cəhətdən də çox güclüdür. NATO-nun ikinci ən güclü ölkəsidir. Tam qərarımı vermədim. Ancaq cənab Ərdoğan bir çox məsələlərdə bizə o qədər kömək etdi ki".
Oxşar xəbərlər
Tramp İranın ona qarşı sui-qəsd cəhdinin mükünlüyünü güman edir
ABŞ Prezidenti Donald Tramp özünü İran tərəfindən sui-qəsd üçün potensial hədəf hesab etdiyini bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barəd...