Tramp Netanyahuya seçkilərdə dəstək verməkdən yayınır
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahunun qarşıdakı seçkilərdə namizədliyini açıq şəkildə dəstəkləməkdən hələlik çəkinir.
BAKU.WS "Axios"un məlumatına istinadən xəbər verir ki, Tramp son həftələrdə jurnalistlərin Netanyahunu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suallarına dəfələrlə aydın "bəli" cavabı verməyib. Bildirilir ki, ABŞ prezidenti İsrail hökumətinin İran, Qəzza və Livan siyasətindən narazıdır.
İsraildə oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkilər öncəsi sorğular da Netanyahunun mövqeyinin zəif olduğunu göstərir. Onun koalisiyasının 49-53 mandat qazanacağı, hökumət qurmaq üçün isə ən azı 61 mandat tələb olunduğu bildirilir.
İki lider arasında fikir ayrılıqlarının əsas mövzularından biri də Qəzza ilə bağlıdır. Tramp atəşkəsin əldə olunmasını, HƏMAS-ın tərksilah edilməsini və İsrail qüvvələrinin ərazidən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan plan irəli sürüb. Netanyahu isə HƏMAS tam tərksilah edilməyənədək İsrail ordusunun Qəzzadakı mövqelərindən geri çəkilməyəcəyini açıqlayıb.
Bununla belə, "Axios" qeyd edir ki, Trampın Netanyahuya qarşı mövqeyi hələ yekun deyil. ABŞ prezidentinin seçkilərə qədər fikrini dəyişərək İsrail baş nazirinə dəstək verməsi mümkündür.
Oxşar xəbərlər
Almaniyada deportasiya böhranı: miqrantların ölkədən çıxarılması azalıb
Almaniyada hökumətin deportasiyaların artırılması ilə bağlı planlarına baxmayaraq, 2026-cı ilin ilk yarısında ölkədən çıxarılan əcnəbilərin sayı əhəmiyyətli dər...