Tramp İranda Ali rəhbər seçimində iştirak etmək istədiyini bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranda Ali rəhbər seçimində iştirak etməli olduğunu hesab edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Onun sözlərinə görə, mərhum lider ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin namizədliyi qəbuledilməzdir.
"ABŞ yeni ali liderin təyinatı prosesinə təsir etmək imkanına malik olmalıdır", - o vurğulayıb.
Trampın sözlərinə görə, regionun sabitliyi İranın yeni liderinin seçimindən asılıdır və Xamenei siyasətinin davam etdirilməsi ABŞ ilə müharibənin yenidən davam etməsinə gətirib çıxara bilər ki, bu da beş il uzana bilər.
ABŞ lideri bəyan edib ki, İrana harmoniya və sülh gətirəcək bir varis görmək istəyir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...