Tramp bu halda İrana qarşı sanksiyaların ləğvinə icazə verəcək

Tramp bu halda İrana qarşı sanksiyaların ləğvinə icazə verəcək
Dünya 195

ABŞ prezidenti Donald Tramp yeni rəhbərlik özünü praqmatik tərəfdaş kimi göstərərsə, İrana qarşı sanksiyaların qaldırılmasına açıqdır.

BAKU.WS xəbər verir ki, "The New York Times" qəzeti Donald Trampın sitatını dərc edib.

Eyni zamanda qəzetdə qeyd olunub ki, o, ABŞ-nin hazırkı İran hakimiyyətini devirməyə çalışanları hər hansı bir şəkildə dəstəkləyib-dəstəkləmədiyini açıqlamaqdan imtina edib.

Nəşr Trampın sözlərini sitat gətirib: "Mən bu və ya digər şəkildə öhdəlik götürmürəm; hələ tezdir. Bizim görüləsi işlərimiz var və biz bunu çox yaxşı etmişik. Deyərdim ki, biz qrafikdən xeyli irəlidəyik".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) genişmiqyaslı cavab əməliyyatı elan edib. ABŞ-İsrail birgə hücumunda İranın Ali Lideri Əli Xamenei və İslam Respublikasının bəzi digər əsas liderləri öldürülüb və ölkə 40 günlük matəm elan edib.

Son xəbərlər