Tramp: Bayden administrasiyasından 1000-dən çox təyin olunmuş şəxs işdən çıxarılacaq
Donald Tramp Ağ Evdə Kadrlar Departamentinin Bayden administrasiyası dövründə təyin edilmiş 1000-dən çox əməkdaşın işdən çıxarılması üçün prosedurlara başladığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tramp Truth Social sosial platformasında paylaşım edib.
Yeni prezident açıqlamasında "Mənim prezidentlik kadrlar departamentim, əvvəlki administrasiya tərəfindən təyin edilmiş 1000-dən çox şəxsin vəzifədən uzaqlaşdırılması ilə fəal şəkildə məşğuldur," deyə bildirib.
Tramp həmin şəxsləri "Amerikanı Yenidən Böyük Etmək" (MAGA) vizyonuna uyğun gəlməyənlər kimi xarakterizə edib.
Oxşar xəbərlər
Yeni yaranan planet aşkarlandı
Astronomlar bir milyon ildən də az yaşı olan və Yupiter ölçüsündə yeni yaranan planet aşkarlayıblar. Elias 2-24 b adlandırılan bu səma cisminin olduqca gənc olm...