Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa hökuməti İranı ABŞ ilə yaşanan gərginlik və Hörmüz boğazındakı vəziyyət fonunda diplomatik yola üstünlük verməyə çağırıb.
BAKU.WS xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Fransa Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı açıqlamada Barro İranı diplomatiya yolunu seçməyə çağırıb. O, Fransanın diplomatik həll istiqamətində səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
Nazir enerji təhlükəsizliyi və regional sabitlik baxımından Hörmüz boğazının yenidən açılmasının Fransanın prioriteti olduğunu vurğulayıb.
Barro, həmçinin Tehrandakı Fransa səfirliyinin əməkdaşlarına qarşı baş verdiyi bildirilən "hücumların" qəbuledilməz olduğunu deyib. O, İranda fransız dili üzrə təhsil mərkəzinin bağlanması qərarını da pisləyib.
Oxşar xəbərlər
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Çinin şimalında - Taiyuan şəhərində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu bildirilib. BAKU.WS xəbər verir ki, bu barə...