Tramp ABŞ-nin ən böyük hərbi bazalarından birində olub
ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatları Ordusunun yaradılmasının 250-ci ildönümü ərəfəsində ölkənin ən böyük hərbi bazalarından biri olan Fort Bragg-ı ziyarət edib.
Səfər çərçivəsində Prezident Tramp hərbçilərlə görüşüb, onların xidmətlərini yüksək qiymətləndirib və ölkənin təhlükəsizliyinin təmin olunmasında göstərdikləri fədakarlığa görə təşəkkürünü bildirib.
O, həmçinin ABŞ Ordusunun tarixi və bu illər ərzində əldə etdiyi nailiyyətlər barədə çıxış edərək, ordunun güc və birlik rəmzi olduğunu vurğulayıb.
Tədbir zamanı hərbi texnika sərgilənib, rəsmi nümayişlər keçirilib və əsgərlərlə birlikdə xatirə fotoları çəkilib.
Oxşar xəbərlər
Universitetin qadın professoru marixuana satdığı üçün həbs edilib
Rusiyanın Uzaq Şərq Federal Universitetinin (DVFU) müəllimi təxminən səkkiz qram çəkisi olan marixuana satılmasına cəhd ittihamı ilə həbs edilib. BAKU.WS xəbər...