Tramp ABŞ-nin cənub sərhədində fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ABŞ-nin cənub sərhəddində fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, sənəd Ağ Evin saytında dərc olunub.
Tramp öz bəyanatında qeyd edib ki, hazırda ABŞ-ın suverenliyi təhdid altındadır.
ABŞ prezidentinin sözlərinə görə, son dörd il ərzində belə vəziyyət ştatlarda kütləvi xaosa, o cümlədən çoxlu günahsız amerikalıların ölümünə səbəb olub. Narkotik kartellərinin Amerika şəhərlərinin bəzi hissələrinə və ABŞ sərhədinin cənubundakı geniş ərazilərə nəzarət etməyə başladığı və qeyri-qanuni mühacirlərin Amerikaya girişini təmin etdiyi deyilir.
Tramp ABŞ Silahlı Qüvvələrinə cənub sərhədində tam operativ nəzarətin yaradılması üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...