Times meydanında dəhşət, kişi diri-diri yandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nyu-York ştatında Times Meydanında naməlum şəxs tərəfindən bir kişi yandırılıb. 45 yaşlı zərərçəkən xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, hadisə bazar günü səhər saat 04:00 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, alova bürünən kişi təxminən 30 metr qaçıb. Ətrafda olan bir nəfər yanğınsöndürən balonla müdaxilə edərək alovları söndürüb.
Polis hücumun məqsədli olub-olmadığını araşdırır. Hadisə yerindən qaçan şübhəlinin tapılması üçün istintaq başlanılıb.
Hadisə yerində araşdırma aparan mütəxəssislər zərərçəkənin üzərinə Patron marka tekila şüşəsindən tezalışan maddə töküldüyünü və daha sonra yandırıldığını müəyyən edib.
Hadisə şəhərdə təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib. Sakinlər xüsusilə səhər saatlarında polis nəzarətinin zəif olduğunu və təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edirlər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...