Təbrizdə daha bir körpəyə türk adına görə şəhadətnamə verilmir
Yeniliklərdən dərhal xəbərdar olun
Təbriz şəhərinin Vətəndaş Qeydiyyatı İdarəsi Asena adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib. Nəticədə, aprelin 22-də anadan olmuş qız uşağı artıq 128 gündür ki, şəhadətnaməsiz qalıb.
BAKU.WS Azad İran-a istinadən xəbər verir ki, uşağın atası Fərhad Pakruh məsələ ilə bağlı "Balamın Adı" kampaniyasına açıqlamasında bildirib ki, qeydiyyat idarəsinin əməkdaşları əvvəlcə texniki səbəbləri – sistemdə "həmzə" işarəsinin istifadəsinə icazə verilmədiyini – əsas gətiriblər. Valideynlər bu açıqlamanın ziddiyyətini "Maidə" və "Faizə" kimi adların qəbul edildiyini xatırladaraq sual etsələr də, onlara yalnız "qanun belədir" cavabı verilib.
Pakruh əlavə edib ki, məsələ məhkəməyə çıxarılıb və məhkəmə ailənin xeyrinə qərar versə də, Təbriz Qeydiyyat İdarəsi bu qərarın icrası üçün Tehrandan əlavə təsdiq tələb olunduğunu bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...