Taylor Svift Rihannanı keçərək dünyanın ən zəngin qadın musiqiçisi oldu
Teylor Svift indi dünyanın ən zəngin qadın musiqiçisidir.
BAKU.WS "Forbes"ə istinadən xəbər verir ki, sərvəti 1,6 milyard dollar dəyərində qiymətləndirilən siyahıda Rihannanı geridə qoyub.
Svift musiqisi və canlı ifaları sayəsində birinci yeri qazanıb.
Pop ulduzun xalis sərvətinə qonorar və qastrol səfərlərindən əldə edilən 600 milyon dollar, həmçinin təxminən 600 milyon dollar dəyərində musiqi kataloqu daxildir. Sviftin ABŞ-dəki beş evi də daxil olmaqla təxminən 125 milyon dollarlıq daşınmaz əmlakı var.
Rihanna ikinci yerdədir. Uğurlu "Fenty Beauty" və "Savage x Fenty" brendləri sayəsində onun xalis dəyəri 1,4 milyon dollar qiymətləndirilir.
"Forbes" xəbər verir ki, Svift ilk dəfə 2023-cü ilin oktyabrında satılan Eras turu və musiqi kataloqu sayəsində milyarder statusu əldə edib.
Oxşar xəbərlər
Xəzərdə dənizində 14 hərbçi həlak oldu - Qazaxıstanın 5 yüksək rütbəli şəxsi SAXLANILDI
Qazaxıstanda hərbi təlimlər zamanı hərbçilərin Xəzər dənizinə düşməsi ilə bağlı hadisənin yeni təfərrüatları açıqlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə Qa...