Tanınmış müğənni də "Survivor"a qatılacaq - Acun açıqladı
Azərbaycanda da çox sevilən "Survivor 2026" yarışması üçün geri sayım başlayıb. Proqramın aparıcısı və prodüseri Acun Ilıcalı yarışmanın məşhurlar (Ünlüler) siyahısı tədricən açıqlayır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmaya qatılacaq sonuncu məşhur müğənni və aktrisa Selen Görgüzel olub.
Aparıcı, Selen Görgüzelin yarışmaya qatıldığını sosial media hesabından belə elan edib:
"Əziz Selen Görgüzel, "Survivor 2026 Ünlüler & All Star" kadrosuna daxil oldu. Ona ürəkdən uğurlar arzulayıram".
Qeyd edək ki, yarışmada iştirak edəcək məşhurlar arasında Bayhan, Dilan Çıtak, Keremcem, Mert Nobre, Serhan Onat, Meryem Boz, Murat Arkın və Deniz Çatalbaş kimi tanınmış simalar artıq təsdiqlənib.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...