Tanınmış aparıcının canlı efirdə burnundan qan axdı - ANBAAN GÖRÜNTÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə canlı yayımda aparıcı Cem Öğretirin burnundan qan axıb.
BAKU.WS xəbər verir ki, həmin vaxt Cem həmkarı Esra Erolun verilişinə bağlanıb. Ona məlumatları çatdırarkən qəfildən burnu qanamağa başlayıb.
Aparıcı əvvəl bunun burnundan axan su olduğunu zənn edib. Daha sonra burnundan axan qan çoxalıb və Esra Erol təlaşlanaraq aparıcıya bu barədə bildirib.
Yaşananlardan sonra Cem Öğretir canlı yayımdan çıxarılaraq, xəstəxanaya yerləşdirilib.
Aparıcının həyat yoldaşı Seda Öğretir onun səhhəti ilə bağlı mətbuata açıqlama verib. Cemin səhhətinin hazırda yaxşı olduğunu bildirib:
"Səhərə qədər burun qanaması dayanmadı. Hazırda Cem yaxşıdı... Səhərə qədər xəstəxanada idik. İndi evə gəldik. Beyininə qan sızmasından şübhələnirdilər. Amma şükürlər olsun ki, beyin tomoqrafiyası ( MRT) təmiz çıxdı. Cemi 25 ildir tanıyıram ilk dəfə burnunun qanadığını görürəm".
Xatırladaq ki, Cem Öğretir Türkiyənin ATV xəbər aparıcısıdır.
BAKU.WS aparıcının canlı efirdə yaşadığı çətin anları təqdim edir:
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...