Suriyanın ən böyük həbsxanası muzeyə çevriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın silahlı müxalifət lideri Əbu Məhəmməd əl-Culani Dəməşq yaxınlığında yerləşən "Seydnaya" həbsxanasını muzeyə çevirmək planlarını açıqlayıb.
Bu barədə RIA Novosti məlumat yayıb.
Əl-Culani bildirib ki, həbsxana məhbuslarının işgəncələrində iştirak edən hər kəs ədalət qarşısında cavab verməlidir.
Müxalifətin Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra minlərlə insan Suriyanın müxtəlif həbsxanalarından azad edilib. Əl-Culani əlavə edib ki, həbs olunanların əksəriyyəti qanunsuz şəkildə saxlanılıb, işgəncə və zorakılıqlara məruz qalıb.
"Seydnaya" həbsxanası Dəməşqin şimal-şərqində yerləşən, Suriyanın ən tanınmış və iri həbsxanalarından biridir. Son günlər minlərlə suriyalı həbsxananın divarları önünə toplaşaraq, yaxınlarının taleyi ilə bağlı məlumat almağa çalışır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...