Sudanda vəba epidemiyası: ölənlərin sayı 1258-ə çatıb
Sudanda vəba epidemiyası ölüm saçmağa davam edir.
BAKU.WS xəbər verir ki, Sudan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstəliyə yoluxanların sayı 48 min 598-ə, ölənlərin sayı isə 1258-ə yüksəlib.
Sudanda iyun ayında başlayan güclü yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də ölkədə vəbanı rəsmi olaraq epidemiya elan edib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də yayımladığı hesabatda, 3,4 milyon sudanlı uşağın vəba xəstəliyinə yoluxma riski altında olduğunu qeyd edib. BMT-nin Uşaq Fondu (UNICEF) isə oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərildiyini açıqlayıb.
Ölkədə davam edən müharibə və səhiyyə sisteminin qeyri-effektivliyi epidemik xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Bu vəziyyət əhalinin həyatını daha da çətinləşdirir və beynəlxalq dəstəyə olan ehtiyacı artırır.
Oxşar xəbərlər
Böyük Britaniya Əsma Əsədə ömürlük qadağa qoydu
Böyük Britaniya Suriyalı siyasətçi Bəşər Əsədin həyat yoldaşının ölkəyə qayıtmaq istədiyi təqdirdə onu qəbul etməyə hazır deyil. BAKU.WS xarici mətbuata istinad...