Şimali Koreyalı hakerlər bu ölkələrin vətəndaşlarının məlumatlarını oğurlayırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreyadan olan hakerlər Serbiya vətəndaşlarının kimliklərini oğurlayıb bundan beynəlxalq platformalarda iş tapmaq üçün istifadə edirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Balkan ölkələrində fəaliyyət göstərən araşdırma şəbəkəsi BIRN məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyadan olan hakerlər Qərb şirkətlərində "frilans" iş tapmaq üçün xaricilərin kimlikləri oğurlayırlar və bundan zərərçəkənlər arasında Serbiya ilə Bosniya və Herseqovinadan olan şəxslər də var.
Onlar populyar "frilans" iş platforması olan "Guru" üzərində həmin kimliklərdən istifadə edərək ABŞ və Avropa şirkətlərində iş əldə etməyə çalışırlar.
Məlumata görə, burada məqsəd isə Şimali Koreya üçün gəlir yaratmaqdır.
Hesabatda qeyd olunur ki, bu gəlirlərin bir hissəsi ölkənin silah proqramı, daxili infrastruktur layihələri və istehlak mallarının alınmasına yönəldilir. Təkcə 2024-cü ildə Şimali Koreyanın dünya üzrə IT işçiləri vasitəsilə təxminən 350–800 milyon dollar qazandığı bildirilir.
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. BAKU.WS xə...