Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adı dəyişdirilə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ŞKTC Prezidenti Ersin Tatar jurnalist Hilmi Daşdemirə müsahibəsində deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddialara belə cavab verib: "Gözləntim bunun olmasıdır. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri qapanıb. Artıq "Şimal" da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var".
E.Tatar ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olacağını istisna etməyib.
Oxşar xəbərlər
Meyve dietası ilə 20 kiloya düşən sosial media fenomeni həyatını itirdi
Polonyalı sosial media fenomeni Karolina Krzyzak uzun müddət yalnız çiğ meyvə ilə qidalanaraq 20 kiloya qədər düşdükdən sonra Balidə otel otağında vəfat edib. 2...
