Şigeru İşiba Yaponiyanın baş naziri seçilib

Şigeru İşiba Yaponiyanın baş naziri seçilib
Dünya 7

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba parlamentdə ölkənin 102-ci baş naziri seçilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, deputatların əksəriyyəti ona səs verib.

Əsas aşağı palatada səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.

Hazırda LDP və Komeito partiyasının hakim koalisiyasının çoxluq təşkil etdiyi parlamentin yuxarı palatasında da İşibanın namizədliyi üçün səsvermə gedir, lakin aşağı palatanın qərarı prioritetdir.

Oktyabrın 4-də İşiba və əsas nazirlər parlamentdə əsas çıxışlar edəcək, oktyabrın 9-da isə aşağı palatası oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilər üçün buraxılacaq. İşiba bu planı sentyabrın 30-da LDP-nin yeni rəhbərliyini təqdim edərək elan etdi. Hələ onun baş nazir seçilməmişdən əvvəl verdiyi bu bəyanat artıq müxalifətin İşibanı konstitusiyanı pozmaqda ittiham etməsinə səbəb olub

Son xəbərlər