Səudiyyə kralı İrana xəbərdarlıq edib

Səudiyyə Ərəbistanının 89 yaşlı kralı Salman bin Əbdüləziz bölgədə qeyri-sabitliyin daha da artmasından narahat olaraq oğlu Şahzadə Xalid bin Salmanı İranın Ali Rəhbəri Əli Xameneiyə təcili mesaj çatdırması üçün Tehrana göndərib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə qapalı görüşdə Xalid bin Salman xəbərdarlıq edib ki, D.Tramp uzun danışıqlara o qədər də səbir göstərmir.
Qeyd olunub ki, səfərdə iştirak edən Səudiyyə Ərəbistanın müdafiə naziri də D.Trampla razılaşmanın danışıqların nəticə verməməsindən və İranın İsrailin hücumuna məruz qalmasından daha yaxşı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
