Səudiyyə Ərəbistanında bunu edən turisti 10 il həbs gözləyir

Səudiyyə Ərəbistanında bunu edən turisti 10 il həbs gözləyir
Dünya 203

Britaniyalı turisti X sosial media saytındakı paylaşımına görə Səudiyyə Ərəbistanında 10 il həbs cəzası gözləyir.

BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, Mançester sakini Əhməd əl-Duş 2024-cü il avqustun 31-də Ər-Riyad hava limanında həbs edilib və o vaxtdan həbsdədir. Onun ilk məhkəmə iclası noyabr ayında keçirilib və o vaxta qədər turist ailəsi ilə heç bir əlaqə yaratmayıb.

Həbs edilməsinə səbəb britaniyalının Sudandakı müharibə haqqında silinmiş tvitinin, eləcə də səudiyyəli dissidentin oğlu ilə dostluğuna səbəb olduğu güman edilir. Həmin şəxsə öz istədiyi vəkil təyin etmək və ya işi, dinləmələrin gedişi və ya Yaxın Şərq həbsxanasında saxlanma şəraiti ilə bağlı hər hansı təfərrüat vermək qadağan edilib.

Qeyd olunur ki, Əhməd əl-Duş ailənin yeganə qazanc mənbəyidir və bu yaxınlarda uşaq dünyaya gətirən həyat yoldaşı Amaher Nur dörd uşaqla tək qalıb.

Son xəbərlər