Sepah sözçüsü: İranın qisas hücumları daha da güclənəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Naeini iddialı bəyanatla çıxış edib.
BAKU.WS xəbər verir ki, o İranın ABŞ və İsrail rejiminə qarşı qisas hücumlarının daha da sarsıdıcı olacağını sərt şəkildə ifadə edib.
Bu barədə "Tasmin" xəbər agentliyi məlumat yayıb.
General Əli Məhəmməd Naeini, İranın bölgədəki ABŞ bazalarına hücumlarına toxunaraq bildirib ki, İran İslam Respublikasının hazırkı müharibənin birinci və ikinci günlərindəki hərbi reaksiyası 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədəkindən daha güclü və sarsıdıcı olacaq.
O əlavə edib ki, İranın raketləri təkmilləşdirilib və ötən ilki müharibədə istifadə edilənlərdən daha artıq inkişaf etdirilib.
General onu da əlavə edib ki, hədəflərinə dəyən raketlərin sayı düşmənlərin gözləntilərini aşıb və onları təəccübləndirib.
Əli Məhəmməd Naeini, düşmənlərə İrandan davamlı hücumlar gözləməli olduqları barədə ismarış yollayıb.
Xatırladaq ki, rəsmi Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə dolayı nüvə danışıqları davam edərkən, ABŞ və İsrail 28 fevralda səhərdən etibarən İrana hava hücumlarına başlayıb.
İranın ABŞ bazalarına kütləvi raket və pilotsuz təyyarə hücumları həyata keçirdiyi bu əməliyyat "Əsl Vəd 4" adlanır.
Oxşar xəbərlər
Tasnim: İran müharibəyə görə qida ixracını qadağan etdi
İran müharibə dövrü tədbiri olaraq qida ixracını qadağan edir. BAKU.WS xəbər verir ki, bu barğdə "Tasnim" xəbər agentliyinin verdiyi məlumatda bildirilib. Məlum...