SEPAH: "İran 12 günlük müharibədən sonra hücum potensialını 10 dəfə artırıb"
İranın Silahlı Qüvvələri İsraillə 12 günlük müharibədən sonra öz hücum potensialını 10 dəfə artırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Hüseyn Necat bəyan edib.
"Əgər birdən sionist rejimi yenidən eyni səhvi etsə (İsrailin iyunda İrana hücumu nəzərdə tutulur - red.), bizim hücum imkanlarımız artıq 12 günlük müharibə zamanından 10 dəfə daha çoxdur", - deyə Hüseyn Necat bildirib.
Onun sözlərinə görə, İran, həmçinin əvvəlki münaqişə zamanı aşkar edilmiş bütün müdafiə çatışmazlıqlarını aradan qaldırıb.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab hücumu həyata keçirib. ABŞ iyunun 22-də münaqişəyə qoşularaq İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə zərbə endirib. Növbəti gün İran Qətərdəki Yaxın Şərqin ən böyük ABŞ hərbi hava bazası olan Əl-Üdeydə hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran atəşkəs rejiminin qurulmasına razılaşıblar. Bu qərar iyunun 24-də qüvvəyə minib.
Oxşar xəbərlər
Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Kİ...