Semih Şentürk cibgirin hücumuna məruz qalıb
"Fənərbağça" və Türkiyə yığmasının keçmiş futbolçusu, hazırda şərhçi kimi çalışan Semih Şentürk Barselona şəhərində cibgirin hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, Barselonanın "Kamp Nou" stadionundan görüntülər paylaşan Semih Şentürk həyat yoldaşı və dostları ilə birlikdə taksiyə minmək istəyərkən bir cibgirin hücumuna hədəfinə çevrilib.
Hadisə zamanı cibgir Semihin çantasını aparmağa cəhd edib. Ona müqavimət göstərən və çantasını xilas edən Şentürk təəssüf ki, qolundakı saatı oğurlanmaqdan qurtara bilməyib. Hadisədən sonra polislər cinayətkarı tutmaq üçün əməliyyata başlayıblar.
Oxşar xəbərlər
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
Fransada məktəblilərin iştirakı ilə keçirilən etiraz aksiyaları zamanı 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib. BAKU.WS xəbər verir ki, bu barədə Fransanın...