Səfir: İsrail "Hizbullah"la atəşkəsi müzakirə etmək niyyətində deyil
İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəsi müzakirə etmək niyyətində deyil.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter "The Times of Israel" nəşrinə şərhində bildirib.
"İsrailə hücumlarını davam etdirən və iki ölkə arasında sülh yolunda əsas maneə olan "Hizbullah" terror təşkilatı ilə atəşkəsi müzakirə etmək niyyətində deyilik", -deyə Y. Leyter vurğulayıb.
Qeyd edək ki, ötən gün Leyter Livanın ABŞ-dəki səfiri Nada Həmadə və ABŞ-nin Livandakı diplomatik missiyasının rəhbəri Mişel İssa ilə telefon danışığı aparıb, tərəflər aprelin 14-də birbaşa danışıqlara başlamaq imkanını müzakirə ediblər.
Oxşar xəbərlər
KİV: ABŞ Hörmüz boğazının açılması üçün İranın aktivlərinin bir hissəsini blokdan çıxaracaq
ABŞ İranın Qətər və digər ölkələrdəki dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşıb, buna cavab olaraq Tehran Hörmüz boğazının açılmasını təmin edəcək. BA...