SAXAL Tehranda nüvə obyektinə zərbə endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu (SAXAL) Tehran yaxınlığında yerləşən və nüvə fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən "Talekan" tədqiqat mərkəzinə zərbə endirdiyini bildirib.
BAKU.WS xəbər verir ki, hücum zamanı nüvə silahının hazırlanması ilə bağlı araşdırmalar aparan tədqiqat mərkəzi hədəfə alınıb.
Bildirilir ki, sözügedən obyekt son illərdə müasir partlayıcı maddələrin hazırlanması və nüvə texnologiyaları üzrə gizli fəaliyyətlərin aparılması üçün istifadə olunub.
Açıqlamada qeyd edilir ki, bu fəaliyyətlər İranın nüvə proqramı ilə əlaqələndirilən "Amad" çərçivəsində həyata keçirilib.
SAXAL-ın iddiasına görə, İran tərəfi 2024-cü ilin oktyabrında hücum nəticəsində zərər görmüş obyektin yenidən bərpasına başlayıb və bu proses İsrail tərəfindən diqqətlə izlənilib. İsrail ordusu həmin fəaliyyətləri əsas gətirərək obyektə zərbə endirdiyini bildirib.
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) silahlı qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanını və "...