SAXAL: "Narahat olan iranlılar MOSSAD-a müraciət etsinlər"

İsrail Müdafiə Ordusu (SAXAL) İranda yaşayanlara fars dilində müraciət edərək bildirib ki, ölkədəki vəziyyətdən narahat olanlar "Mossad"a müraciət etsinlər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SAXAL "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Möhtərəm İran vətəndaşları. Rejimin yaratdığı çətin şəraitdə düşdüyünüz ağır vəziyyəti anlayırıq. Son günlər bizə gələcək barədə narahatlıq keçirən çoxsaylı müraciətlər daxil olub. Hətta rejimin güc strukturlarına mənsub şəxslər belə, bizə qorxu, ümidsizlik və qəzəblərini ifadə edir, İsrail hakimiyyəti ilə əlaqə qurmaq istədiklərini bildirirlər ki, İranın da Livan və Qəzzanın taleyini yaşamasının qarşısı alınsın", - deyə açıqlamada bildirilir.
SAXAL əlavə edib ki, bu cür müraciətləri qəbul edəcək səlahiyyətli qurum deyillər:
"Amma edə biləcəyimiz ən az şey sizi "Mossad"ın rəsmi saytına yönləndirməkdir".
Paylaşımda İsrail kəşfiyyat agentliyinin veb-ünvanına keçid də əlavə edilib.

Oxşar xəbərlər
AEBA: İran uranının yerini hazırkı şəraitdə təsdiqləmək mümkün deyil
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bildirib ki, İsrailin İrana davam edən zərbələri şəraitində İran uran ehtiyatlarının yerini təsdiqləmək mümkün dey...
