Rütte Trampın Qrenlandiya ilə bağlı planlarını şərh etməkdən imtina edib

Rütte Trampın Qrenlandiya ilə bağlı planlarını şərh etməkdən imtina edib
Dünya 12

NATO-nun Baş katibi Mark Rütte Qrenlandiyanın siyasi gələcəyini müzakirə etmək və ya bu məsələ ilə bağlı hər hansı öhdəlik götürmək səlahiyyətinin olmadığını bildirib və müvafiq danışıqların ABŞ, Danimarka və ada rəhbərliyi tərəfindən aparıldığını vurğulayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Baş katib NATO-nun Ankarada keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı yeni bəyanatlarını şərh etmək xahişinə cavab olaraq bildirib.

Rütte qeyd edib ki, onun Trampla yanvar ayında əldə etdiyi razılaşmalar yalnız Qrenlandiyanın təhlükəsizliyinə aid olub. Onun sözlərinə görə, tərəflər Rusiya və Çinin artan fəallığı səbəbindən NATO-nun bu regionda fəaliyyətlərin koordinasiyasını gücləndirməsinin zəruri olduğu ilə razılaşıblar.

"Prezident tamamilə haqlı idi. Rusiya və Çinin Arktikadakı mövqelərini getdikcə gücləndirməsi ilə bağlı ciddi risk var", - Baş katib deyib.

O qeyd edib ki, NATO ABŞ, Kanada, İslandiya, Danimarka, Norveç, İsveç və Finlandiya daxil olmaqla regiona çıxışı olan yeddi müttəfiqin iştirakı ilə Arktikanın təhlükəsizliyinin gücləndirilməsi təşəbbüsünü həyata keçirir.

Bununla yanaşı, Rütte vurğulayıb ki, razılaşmaların ikinci aspekti NATO-nun səlahiyyətlərinə aid deyil. ABŞ, Danimarka və Qrenlandiya arasında aparılan ayrı üçtərəfli danışıqlar müdafiə infrastrukturuna gələcək investisiyalara, o cümlədən "Golden Dome" raketdən müdafiə sisteminin elementlərinin və hərbi kontingentin adada mümkün yerləşdirilməsinə, eləcə də Qrenlandiyanın Danimarkanın tərkibindəki konstitusiya statusunun dəyişəcəyi təqdirdə bu razılaşmaların qüvvədə qalmasının təmin edilməsinə həsr olunub.

"Mən bu danışıqlarda iştirak etmirəm. Bu, üç tərəfin məsələsidir", - o bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər