Rusiyaya şaxtalar gəlir - Hava kəskin soyuyacaq
Bazar ertəsi, noyabrın 25-nə keçən gecə Rusiyanın paytaxtında termometr mənfi 10 dərəcədən aşağı düşəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Meteo proqnozlar mərkəzinin rəhbəri Aleksandr Şuvalov özünün teleqram kanalında danışıb.
Tula, Tver, Ryazanda gecələr havanın temperaturu mənfi 14 dərəcəyə enəcək. Noyabrın 23-ü və 24-ü həftəsonu rayonlara qar yağacaq, qarın hündürlüyü bəzi yerlərdə on santimetrə çatacaq. Sinoptik belə hava şəraitini "qışa hazırlıq" adlandırıb. Lakin bu müddət ərzində qış başlamayacaq, çünki noyabrın 26-dan etibarən qar əriməyə başlayacaq.
Bundan əvvəl sinoptik və meteoroloq Aleksandr İlyin Yeni il üçün paytaxtda anomal soyuq havanın olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, yanvarın 1-nə keçən gecə termometrlər 10 dərəcədən aşağı düşə bilər.
Oxşar xəbərlər
Tanınmış televiziya aparıcısı motosikletçini vurub boynunu sındırdı
London məhkəməsi tanınmış britaniyalı televiziya aparıcısı Holli Uillobini motosikletçini vurub boynunu sındırdığına görə cəzalandırıb. BAKU.WS-in məlumtına gö...