Rusiyanın kurort şəhərində zəlzələ baş verib
14
fev
2025
09:19
Cənubi Kuril adaları sahillərində zəlzələ qeydə alınıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, seysmoloji hadisənin maqnitudası 4,9 olub.
Yeraltı təkanlar cümə günü, fevralın 14-də yerli vaxtla saat 12:32-də (Bakı vaxtı ilə 5:32) baş verib. Zəlzələnin episentri Sakit okeanda, Kurilin yaşayış olmayan Simuşir adasından 197 kilometr cənub-qərbdə yerləşib. Mənbə 62 kilometr dərinlikdə olub.
Seysmoloqlara yerli sakinlərin yeraltı təkanları hiss etmələri barədə məlumat daxil olmayıb. Onlar xəbərdarlıq edirlər ki, zəlzələdən sonra sunami baş verə bilər.
Oxşar xəbərlər
Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi
Türkiyənin Çorum şəhərində qadın alt paltarı mağazasının açılışı dualarla edilib. BAKU.WS xəbər verir ki, açılış mərasimində bələdiyyə sədri, siyasi partiya nüm...