Rusiyanın Hindistana neft məhsulları ixracı 12 dəfə azalıb

Rusiyanın Hindistana neft məhsulları ixracı 12 dəfə azalıb
Dünya 22

2024-cü ilin oktyabr ayında Rusiyanın Hindistana neft məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 12 dəfə azalıb.

BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti Asiya ölkəsinin statistika xidmətinin məlumatlarına istinadən xəbər verib.

Hesabat dövründə Rusiya ixracatçıları Hindistana cəmi 61,2 milyon dollar dəyərində neft məhsulları göndəriblər. Aylıq ifadədə bu göstərici 1,7 dəfə azalıb. Oktyabr ayı üzrə tədarük həcmi 2024-cü ilin iyul ayından bəri minimum səviyyəyə enib. Nəticədə Rusiya Hindistana neft məhsulları ixrac edən əsas üç ölkə sırasından çıxıb.

Oktyabr ayında Rusiya ikinci yerdən dördüncü yerə düşüb. Hindistana neft məhsulları ixracından ən çox gəlir əldə edən ölkələr isə Birləşmiş Ərəb Əmirlikləri (87,7 milyon dollar), Sinqapur (68,5 milyon dollar) və Cənubi Koreya (67,5 milyon dollar) olub.

Avropa ölkələrinin Rusiya neft və neft məhsullarından demək olar ki, tamamilə imtina etməsindən sonra Çin və Hindistan Rusiyanın əsas alıcılarına çevrilmişdi. Lakin ABŞ-nin 10 yanvar 2025-ci ildə bu sahəyə qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın əsas ixracatçı ölkələrə məhsul tədarükünü ciddi şəkildə çətinləşdirə bilər.

Yeni məhdudiyyətlər, xüsusən də, Rusiyanın iki böyük neft şirkəti - "Qazpromneft" və "Surqutneftqaz" şirkətlərinə təsir edib. Bloomberg agentliyinin məlumatına görə, Hindistan ABŞ-ın son sanksiyalarının effektivliyini etiraf edib və artıq alternativ xammal tədarükçüləri axtarışına başlayıb.

Son xəbərlər