Rusiyanın bölgəsinə tornado xəbərdarlığı edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Anapa bölgəsində Qara dəniz üzərində tornadoların əmələ gəlməsi riski proqnozlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
"Qara dəniz sahilindəki Anapa bölgəsində günün sonuna qədər dəniz üzərində tornadoların əmələ gəlməsi təhlükəsi var" - deyə o, əlavə edib.
Bundan başqa, Krasnodar diyarında mənfi meteoroloji hadisələr kompleksi proqnozlaşdırılır. Dağətəyi rayonlarda və dağlıq ərazilərdə intensiv yağış olacağı, şimşək çaxacağı, küləyin sürətinin 20 m/s-dək güclənəcəyi gözlənilir.
Yerli Hidrometeorologiya Mərkəzinin məlumatına görə, bu gün Moskvada buludlu hava şəraiti üstünlük təşkil edəcək, bir qədər yağıntılı olacağı, temperaturun +3°C-yə qədər yüksələcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...