Rusiyada yoxa çıxmış ada ilə bağlı YENİ VERSİYA

Arxangelsk vilayətinə aid olan Frans-İosif Torpağı arxipelaqının tərkibindəki yoxa çıxmış Mesyatseva adası yalnız qlobal istiləşmə deyil, həm də tektonik proseslər səbəbindən yoxa çıxa bilər.
BAKU.WS xəbər verir ki, bu yeni versiyanı Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş elmi işçisi Arkadiy Tişkov səsləndirib.
Coğrafiyaçı Tişkovun sözlərinə görə, Şimal Buzlu Okeanının səviyyəsi dəyişdiyindən bölgədə relyef hissələri həm suyun altına enə, həm də sudan çıxa bilər.
Bundan əlavə, XXI əsrdə ərazilərin daha çox yoxa çıxdığı müşahidə edilib.
"Minlərlə kvadrat kilometr ölçüsündə olan ərazilər yoxa çıxır - bu, əsasən, Yeni Sibir adaları ətrafında buz nüvəli adaların eroziyaya uğraması, termal eroziya və dalğaların təsiri ilə sahillərin geri çəkilməsi, okean səviyyəsinin qalxması nəticəsində aşağı sahələrin su altında qalması ilə əlaqədardır", - alim ərazilərin yoxa çıxması ilə bağlı danışıb.
Oxşar xəbərlər
ABŞ Aİ və Meksikadan gətirilən mallara 30 faizlik rüsum tətbiq edəcək
ABŞ avqustun 1-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən və Meksikadan gələn mallara 30 faizlik idxal rüsumu tətbiq edəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbə...