Rusiyada yenidən səfərbərlik olacaq? - Peskov açıqladı
Rusiyada yeni səfərbərliyin aparılması məsələsi müzakirə olunmur.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində deyib.
"Belə müzakirələr yoxdur" deyən dövlət başçısının mətbuat katibi agentliyin jurnalistlərinin sualını cavablandırarkən bildirib.
Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Zavarzin bildirmişdi ki, parlamentin aşağı palatası Kursk vilayətində baş verən hadisələr fonunda səfərbərlik elan edilməsi məsələsinə baxmır.
Xüsusi əməliyyat zonasındakı rus qrupunun sayı "təxminən 700 min" nəfərdir. O, əmin edib ki, bu sayda əsgər cari tapşırıqları yerinə yetirmək üçün kifayətdir.
Oxşar xəbərlər
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. BAKU.WS xəbər verir ki, bu barədə KİV nəlumat yayıb. Məlumata görə, məhkəm...